Papiloma Virusu Yoluxucudurmu?

İnsan papilloma virusu– İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə, ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir.

Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir. Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda da, hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Xəstəliyin simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.

Əksər hallarda İPV özbaşına keçir və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların,ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur. Tibb işçisi genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər.nsanın “İPV statusunu” təyin edən test hələlik mövcud deyil.

Respublikadan xaricdə yalnız uşaqlıq boynunun xərçəngini təyin edə bilən İPV testləri/analiz mövcuddur. Bu testlər 30 və yuxarı yaşlı qadınlar üçün tövsiyə olunur. Kişilərə, yeniyetmələrə və ya 30 yaşa qədər qadınlara həmin testlər yaramır. Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:

• Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə
• Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)
• Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda.

 

İPV (insan papilloması virusu, papillomavirus, HPV) – cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. İPV-nun əsas təhlükəsi bundadır ki, orqanizmdə uzun müddət olduqda, bu virusun bəzi tipləri xərçəngə səbəb ola bilir.İPV herpes virusundan və İİÇV-dan fərqli bir şeydir.Bütün bu infeksiyalar virus infeksiyaları olsa da və müdafiə olunmamış seks zamanı ötürülsə də, onlar müxtəlif simptomlara və müxtəlif nəticələrə səbəb olur.

İPV-na insan necə yoluxur?

İPV-nun bütövlükdə 120-dən çox müxtəlif tipi var. Onlardan təxminən 40-ı cinsi yolla ötürülür. İPV-nun displaziya və uşaqlıq boynu xərçənginə səbəb olan tipləri əsasən müdafiə olunmamış seks zamanı ötürülür. İPV-na yoluxma vaginal və anal seks zamanı da mümkündür. Nadir hallarda virus oral seksi və ya aralığın yoluxmuş insanın ifrazatları ilə təması zamanı (məsələn, xəstəliyə yoluxmuş partnyor əvvəlcə öz cinsiyyət orqanlarına, sonra da Sizin cinsiyyət orqanlarınıza toxunur) da ötürülə bilir. İPV-na öpüşlə də yoluxmaq mümkündür. Bu halda oral papillomavirus infeksiya simptomları (ağız və boğazda səpgilər) yarana bilər. İnsan papilloması virusu heç vaxt məişət yolu (əgər Siz bu zaman virusun daşıyıcısı ilə sıx təmasda olmursunuzsa, yəni, məsələn, öpüşmürsünüzsə, sekslə məşğul olmursunuzsa) yoluxmur. Nadir hallarda İPV yoluxmuş anadan doğuş zamanı uşağa da keçə bilir.

İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir. Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir.

İPV-yə necə yoluxurlar?

Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda belə hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Xəstəliyin simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.

İPV sağlamlıq problemlərinə səbəb ola bilər?

Əksər hallarda İPV özbaşına keçir və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların,ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur. Tibb işçisi genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər.

İPV xərçəng törədir?

İPV uşaqlıq boynunda və digər xarici cinsiyyət orqanları və ya anus nahiyələrində də xərçəngin yaranmasına səbəb ola bilər. Virusun müxtəlif tipləri fərqli sağlamlıq problemləri törədir; məsələn, İPV-nin müəyyən tipi dil və boğaz nahiyəsində xərçəngə səbəb ola bilər. Bir çox hallarda insan yoluxduqdan sonra xərçəngin yaranmasına qədər illər, hətta onilliklər keçə bilər. Virus daşıyıcısında xərçəng və ya hansısa digər sağlamlıq problemi inkişaf edəcəyini əvvəlcədən təyin etmək mümkün deyil . İmmun sistemi zəif olan insanlarda (HİV/AİDS) İPV-nin öhdəsindən gəlmək ehtimalı daha azdır və xəstələnməyə meyillilik daha çoxdur.