Göbələk İnfeksiyası - Qadın Cinsiyyət Orqanlarının Qaşınması

Qadın cinsiyyət orqanlarında qaşınma varsa, bu maya göbəlikləri infeksiyasıdır. Vaginal rahatsızlıqlar olanda, ilk növbədə göbələk infeksiyası ilə bağlı düşünürük. Ancaq çox zaman bu belə deyil. Qaşınma əlaməti ilə həkimə müraciət edən bir çox qadınlarda bakterial vaginos müşahidə olunur. Qadınların 23 %-ində trixomoniaz və xlamidiya kimi infeksiyalar müşahidə olurnur. Cəmi 21 % faiz ginekoloji cəhətdən sağlamdır.

Nəyin sağlam olub, nəyin sağlam olmadığını bilin. Bir az nəmlik və rahatsızlığın olması normal haldır. Bu durumu aradan qaldırmaq üçün duşlardan, müxtəlif qadın spreylərindən istifadə etməyin, əks halda, infeksiyaya yoluxmaq riskini artıra bilərsiniz.

Aptekə baş çəkin və qaşınmaya qarşı dərmanlardan istifadə edin. Bu dərmanlar göbələk infeksiyası və başqa qaşınmalara qarşı çox effektlidir. Həkiminizlə məsləhətləşin. 2-3 dəfədən sonra dərmanlardan heç bir xeyir gəlmirsə, ya da əlamətlər 3 ay ərzində geri qayıdırsa, onda ginekoloqa müraciət edin. Hətta sarımtıl irin də olsa, həkimə baş çəkin. Bu halda siz bacterial, ya da daha ciddi infeksiyaya yoluxmuş hesab olunursunuz.

Bir Açıqlama Yazın