Doğuşdan Sonra Ən Çox Verilən 12 Sual

Doğuşdan sonra yeni anaları bir çox suallar rahatsız edir. Bunlardan ən çox soruşulanlara aşağıda cavab verməyə çalışdım:

1. Axıntı nə zaman kəsiləcək?

Doğuşdan sonra axıntı ilk günlər qırmızı rənglidir. Bir neçə gün sonra rəngi açılır və miqdarı azalır. Doğuşdan 2-3 həftə sonra qatılaşır, sarımtıl-ağ olur. 5-6 həftə sonra isə axıntılar kəsilir.

2. Doğuşdan sonra pəhriz saxlana bilərmi? Aldığım çəkini verə bilərəmmi?

Doğru qidalanmaq həm çəkinizi, həm də körpəyə yaxşı süd əmələ gəlməni təmin edəcək. Süd verən anaların zülal, meyvə, süd məhsulları və bol maye tərkibli məhsullarla qidalanmaq lazımdır. Sürətli çəki verdirən pəhrizlərdən çəkinmək gərəkdir.

3. Uşaqlığın öncəki durumuna qayıtmasına nə qədər vaxt gərəkdir?

Uşaqlığın ölçüsü və çəkisi hamiləlikdə haradasa 10 qat artar. Bunun üçün 6 həftə tələb olunur. 6-cı həftədə uşaqlıq təxminən 100 q ağırlığındadır.

4. Məşqlərə nə zaman başlaya bilərəm?

Hamiləlikdə genişlənən və gərilən qarın əzələləri 6 həftə sonra yığılmağa başlayır. Doğuşdan sonrakı məşqlərə məhz bu vaxtdan sonra başlamaq olar. Məşq zamanı həddindən artıq yorğunluq olmamalıdır.

5. Nə zaman öncəki kimi çimə bilərəm?

Normal doğuşdan dərhal sonra, keysəriyyə kəsiyi zamanı bir gün sonra ayaq üstə duş ala bilərsiniz.

6. Cinsi həyata nə zaman başlaya bilərəm?

Əgər doğuşdan sonrakı axıntı 3 həftə sonra qanlı deyilsə, cinsi həyata başlamaq olar. Ancaq bu zaman cinsi istəksizlik müşahidə edilə bilər. Qadınların çoxunda cinsi istək 6-8 həftə sonra bərpa olunur.

7. Hamiləlikdən qorunmalıyıqmı?

Körpələrinə sadəcə ana südü verən 98% qadınlarda aybaşı olmur və 6 ay boyunca təbii şəkildə qorunur. Ancaq bu dövrdə sürpriz hamiləliklər də ola bilər, ona görə də diqqətli olun.

8. Döş ucları partlayarsa, onu necə müalicə edə bilərəm?

Bunun səbəbi uşağın döşə düzgün qoyulmaması və əmmə formasının doğru olmamasıdır. Bunun qarşısını almaq üçün uşağın döşə qoyulma pozisiyasını düzəldin, körpə təkcə döş giləsini yox, həm də onun ətrafını ağzına salmalıdır.

9. İçki içə bilərəmmi?

Süd verən analar alkoqol qəbul etdikdə onun bir hissəsi ana südünə keçir. Ona görə də analara alkoqollu içki içmək məsləhət deyil.

10. Ağır əşyalar qaldıra bilərəmmi?

Yüngül ev işləri və idman doğuş sonrası təhlükəli deyil. Ancaq ağırlıq qaldırmaq, özəlliklə də qeysəriyyə kəsiyi ilə doğan qadınlarda ilk 6 həftə boyunca məsləhət deyil.

11. Dərman qəbul etmək körpəyə ziyan verərmi?

Bir sıra dərmanlar ana südünə keçir. Körpə də bunu süd ilə qəbul edir. Ona görə də dərman qəbul etməzdən öncə mütləq həkimlə məsləhətləşin.

12. Yorğunluq və yuxusuzluğun öhdəsindən necə gələ bilərəm?

Doğuşdan sonra yataq istirahəti məsləhət görülməsə də dincəlmək önəmlidir.

Bir Açıqlama Yazın