Dəniz Atı - Erkəkləri Hamilə Qalan Yeganə Canlıdır

Dəniz atlarında (Hippocampus) erkəyin qarnının alt hissəsində zireh təbəqəsinin olmadığı yer geniş bir kisəsi var və bu kisədə yarığa bənzər dəlik var.

Dişi yumurtalarını birbaşa bu kisəyə yerləşdirir. Erkək isə buradakı yumurtaları mayalandırır. Yumurtaların qoyulduğu kisənin içəri hissəsindəki dəri bir müddət sonra süngər kimi olur və yumurtaların qidalanmasında mühüm rol oynayan qan damarları ilə dolur. 1-2 ay sonra dəniz atının bənzəri olan balalar kisədən çıxır.

Boyları 4-30 sm arasında dəyişən dəniz atları adətən sahil zolağında yosunların və başqa bitkilərin arasında yaşayırlar. Malik olduqları qoruyucu sümük zireh bu heyvanları təhlükələrdən qoruyur. Zireh o qədər möhkəmdir ki, qurumuş ölü dəniz atını əl ilə qırmaq mümkün deyil.

Dəniz atı həm də yoldaşına sadiqliyi ilə başqa canlılardan seçilir; yoldaşı öldükdən qısa müddət sonra özü də ölür.

“Dəniz Atı – Erkəkləri Hamilə Qalan Yeganə Canlıdır” üçün bir açıqlama

Bir Açıqlama Yazın